Əlaqə
Biz kimik?
2018-ci ildən biz cəsarətli və iddialı məqsədə - Azərbaycanda rəqəmsal ekosistemin qurulmasına doğru irəliləyirik. Və bu işdə biz uğur qazanırıq.
Missiyamız IT innovasiyaları vasitəsilə gündəlik həyatı asanlaşdırmaqdır
Super tətbiqimiz Umico, 1 milyondan çox insan tərəfindən istifadə olunur və hər gün təxminən 500.000 insan tətbiqə daxil olur.
2018-ci ildən biz cəsarətli və iddialı məqsədə - Azərbaycanda rəqəmsal ekosistemin qurulmasına doğru irəliləyirik. Və bu işdə biz uğur qazanırıq.
Missiyamız IT innovasiyaları vasitəsilə gündəlik həyatı asanlaşdırmaqdır.
Super tətbiqimiz Umico, 1 milyondan çox insan tərəfindən istifadə olunur və hər gün təxminən 500.000 insan tətbiqə daxil olur.
Baku White City, 25E, ave. November 8, Baku, Azerbaijan
(+99412) 599 84 55
Umico bizik
Competo komandası innovativ alış-veriş məhsulu olan Umico-nu yaratmışdır. Hər gün 700-dən çox mütəxəssis məhsulun inkişafı üçün çalışır. Biz irəliləyirik və bizimlə bu yolu getmək istəyənləri axtarırıq.
Competo komandası innovativ alış-veriş məhsulu olan Umico-nu yaratmışdır. Hər gün 700-dən çox mütəxəssis məhsulun inkişafı üçün çalışır. Biz irəliləyirik və bizimlə bu yolu getmək istəyənləri axtarırıq.
Umico bizik
Umico, Umico Market-də istənilən bir şeyi sifariş etməyə və Umico Bonus-dakı tərəfdaşlarımızdan keşbek almağa kömək edən mobil tətbiqdir.
Umico nədir?
Burada 20 kateqoriyada 200.000-dən çox məhsul təqdim olunub. Tətbiqdə siz sifariş yerləşdirə, alış-verişinizi hətta kreditlə və ya taksitlə əldə edə və sifarişinizi izləyə bilərsiniz. Biz bütün Azərbaycan üzrə öz çatdırılmamızı işə saldıq və təhvil məntəqələrini istifadəyə verdik.
Azərbaycanın ilk mobil ticarət platforması
Azərbaycanın ən böyük loyallıq sistemi
Biz ölkə üzrə 2000+ tərəfdaşı bir tətbiqdə birləşdirdik ki, müştərilər hər alış üçün rəqəmsal bonuslar ala bilsinlər və onlarla yeni alışları ödəsinlər.
Komandamızın bir hissəsi olmaq




Biz təcrübə etməkdən və cəsarətli fikirləri dinləməkdən çəkinmirik. Bu səbəbdən, əgər texnologiyanın 10 və ya 20 ildən sonra necə inkişaf edəcəyi, onun məhsullarımızı necə dəyişdirə biləcəyi ilə bağlı fikirləriniz varsa, sizi komandamıza dəvət edirik.
Стань частью нашей команды
Hansı istiqamətdə işləmək istəyirsiniz?
Junior business analyst
Mustafayev Xəzan
Competo peşəkar inkişaf və artım üçün əlverişli mühit yaratmışdır. Şirkətdə dörd il ərzində mobil tətbiqlər üzrə təlimatçıdan biznes analitikinə qədər yüksəldim. Umico Market yeni açılanda mənə anbardar vəzifəsi təklif olundu. Hər şeyi sıfırdan başlamalı idim. Həyəcanlı idi, amma bunu bacardım. Bir il sonra anbar komandasının rəhbəri vəzifəsinə yüksəldim, amma İT sahəsində işləməyi arzulayırdım. Kurslara yazıldım və Competo mənə istədiyim istiqamətdə inkişaf etmək şansını verdi. İndi mən biznes analitik vəzifəsində işləyirəm, kurslar alıram və Competo ilə birlikdə bu istiqamətdə daha da inkişaf etməyi planlaşdırıram.
Sales division manager
Elmira İsmayılova
2019-cu ildə Competo-da B2C departamentində satış mütəxəssisi kimi işə başlamışam. O zaman məhsulumuz yeni idi və analoqu yox idi, bu səbəbdən komandanın qarşısında vacib vəzifə var idi - ən qısa müddətdə müştərilərin sayını artırmaq üçün məhsul haqqında mümkün qədər ətraflı və aydın məlumat vermək. Bir il sonra mən Team Lead vəzifəsinə keçdim və o vaxtdan gənc və kreativ işçiləri satışda uğura doğru istiqamətləndirirəm. İndi də bu iş ilə məşğulam, sadəcə bunu şöbə müdiri kimi edirəm. Güclü komanda ilə işləmək və birgə nəticələr əldə etməkdən xüsusi qürur duyuram.
Chief Growth Manager
Ramiz Əlili
Mən şirkətə 2020-ci ildə İnteqrasiya və tərəfdaşların təlimi şöbəsinin rəhbəri kimi qoşuldum. Umico Market layihəsinin ilk əməkdaşlarından biri olmuşam və olduqca çətin işdə - tərəfdaşların inteqrasiyasında iştirak etmişəm. Komandamızın əməyi sayəsində marketpleys bu dərəcədəinamlı start aldı. 2022-ci ildə əməliyyat direktoru müavini vəzifəsinə keçdim. Əməliyyat bloklarının idarə edilməsinə və proseslərin optimallaşdırılmasına cavabdeh idim. Hazırda İnteqrasiya və tərəfdaşların təlimi üzrə rəhbər vəzifəsində çalışıram. 2023-cü ildə mənə şirkətdə innovasiyaların inkişafı və tətbiqi həvalə olundu. Komanda ilə birlikdə biz "Ekspressçatdırılma", "Post ATM" və "Tərəfdaşlar üçün Hub"ı uğurla işə saldıq. Qarşıda hələ çoxlu planlarımız və ideyalarımız var.
Competo-da uğur hekayələri
Competo-da uğur hekayələri