Pərakəndə bankçılıq və riteyl sahəsində yenilikçi maliyyə xidmətlərinin göstərilməsi üçün səriştələri formalaşdırır, həllər tətbiq edir və biznes proseslərini təşkil edirik.
Şirkət haqqında
Competo — pərakəndə banklar və riteyl şirkətlər ilə əməkdaşlıq edən və ən müasir maliyyə və İT texnologiyaları əsasında fiziki şəxslərə maliyyə xidmətlərinin göstərilməsi sahəsində uğurlu biznesin qurulmasına yardım edən yenilikçi şirkətdir.
Səriştələrimiz
Competo şirkətindəki komanda pərakəndə bankçılıq biznesinin və onun riteyl ilə inteqrasiyasının bütün aspektlərində təcrübəyə malikdir.
Pərakəndə bankçılıq
Competo şirkətindəki ekspertlər kommersiya banklarında riteyl biznesin idarə olunması üzrə 10 ildən artıq təcrübəyə malikdir. Biz istehlakçı kreditlərinin gəlirliyinin artıran, özünü-maliyyələşməni təmin edən, kart biznesini inkişaf etdirən və riteyl bankçılıqda qeyri-kredit gəlirlərini artıran sınanmış onlarla həllər təklif edirik.
İnformasiya texnologiyaları
Competo şirkətinin məqsədi yenilikçi İT layihələrini və alətlərini tətbiq etməklə biznesin yeni həllər tapmasına və mənfəətlərin artırılmasına kömək etməkdir. Biz CRM və Big Data layihələrində, bankların və riteyl şirkətlərin ödəniş texnologiyaları və inteqrasiya mexanizmləri üzrə ixtisaslaşmışıq.
Müştəri təhlili və CRM
Pərakəndə bankçılıq təcrübəsi sayəsində, Competo mütəxəssisləri müştəri məlumatlarını idarə etmək, müştəriləri loyallığı, CRM-modelləri qurmaq, CLV-ni artırmaq, müştərilərin cəlb edilməsi və biznes yönümlü hesabat və təhlil sisteminin qurulması sahəsində təcrübəyə malikdir.
Pərakəndə satışlar
Pərakəndə bank məhsullarının satışının quruluşunu və onların idarə edilməsini bilirik. Competo şirkəti əsas diqqəti pərakəndə bank şəbəkəsində satışlara, aktiv satış kanalının qurulmasına, məsafədən xidmət kanallarında satışlara, onlayn satışlara və B2B tərəfdaş satışlarına yönəldib.
Pərakəndə satış üzrə marketinq
Bizim əsas səriştələrimiz strateji marketinq müstəvisindədir. Bu, bazarların seqmentasiyası, biznes və məhsulların yerləşdirilməsi, bazarların araşdırılması və təhlili, rəqəmsal marketinq, brendinq və brendlərin idarə edilməsi, kommunikasiya platformalarının və media strategiyalarının işlənib hazırlanmasını əhatə edir.
UX/CX-layihələndirmə
Rəqəmsal məhsulların yaradılması və layihələndirilməsi sahəsində 10 ildən artıq təcrübənin olması bizə maliyyə və riteyl sahələrinin kəsişməsində məhsul yeniliklərini uğurla tətbiq etməyə imkan verir. İşimiz istifadəçi ehtiyaclarının dərin təhlilinə və müştəri dəyərinin yaradılmasına əsaslanır.
Xidmətlərimiz
Banklar və riteyl şirkətləri üçün innovativ maliyyə xidmətlərinin və İT xidmətlərinin tətbiqi yolu ilə biznesin inkişaf etdirilməsi və mənfəətin artırılması üçün xidmətlər təklif edirik. Lazım olan xidməti tapa bilmədiyiniz təqdirdə, biz sizinlə görüşməyə və sizə necə kömək edə biləcəyimizi müzakirə etməyə həmişə hazırıq.
Məhsulun hazırlanması
Məhsulun təhlili və hesabatlılığı, tarifləşdirmə və hüquqi baza üzrə alqoritmlər daxil olmaqla, ideya mərhələsindən tutmuş İT tətbiqi mərhələsinədək müxtəlif maliyyə və rəqəmsal məhsulların işlənib hazırlanması.
İT-development
Pərakəndə banklar, rəqəmsal maliyyə və riteyl məhsulları üçün İT strategiyalarının hazırlanması, İT arxitekturasının layihələndirilməsi və İT həllərin tətbiqi.
Marketinq və onlayn satışlar
Bazarların təhlili və marketinq strategiyalarının işlənib hazırlanması. Bazara yeni bizneslərin və məhsulların çıxarılması. Rəqəmsal marketinqin və onlayn satışların tətbiqi.
Çoxkanallı satışlar
Oflayn şəbəkələr, fəal satıcılar komandası, tərəfdaş kanallar, əlaqə mərkəzləri, onlayn kanallar vasitəsilə çoxkanallı satış sisteminin qurulması və idarə edilməsi.
Data Science texnologiyasına əsaslanan CRM
Müştəri bazasının gəlirliliyi üzrə idarəetmə proseslərin tətbiq olunması və müasir metodlarla böyük məlumatların (big data) təhlili vasitəsilə effektiv CRM platformasının qurulması.
Məsafədən biznes
Məsafədən xidmət kanallarında – saytlarda, internet və mobil xidmətlərdə, əlaqə mərkəzlərində rəqəmsal məhsulların və xidmətlərin tətbiqi, müştərilərin cəlb olunması, satış və xidmət.
MÜHÜM
Competo şirkətində İT proseslərin bütün mərhələlərinin işləyib hazırlayan xüsusi komanda var. Biz təklif olunan həlləri sadəcə təklif etmirik, həm də onları işləyib hazırlayırıq, tətbiq edirik və monetizasiyasına yardım edirik.
Biz necə işləyirik?
Təcrübənin, biliyin, texnologiyaların transferi
Bu gün yenilikçi biznesin əsas dəyəri fəaliyyət sektorlarının kəsişməsindədir. Biz məlumatları, təcrübəni və texnologiyaları maliyyə sektorundan riteyl sahəsinə və əksinə köçürərək yeni məhsullar hazırlayırıq. Bu yolla, bunlar hər ikisi zənginləşir və əvvəllər məmnun olmayan son istifadəçilərin yeni ehtiyacları qarşılanır.
Yalnız praktiki nəticə
Məqsədimiz, biznesin qarşısında duran problemləri həll etməkdir. Buna görə, bizim üçün əsas iş işlənib hazırlanmış strategiyanın və tövsiyələrin həyata keçirilməsi mərhələsində baş verir. Birbaşa layihə işində iştirak etməklə müştərilərimizlə birlikdə qarşıya qoyulmuş Əsas Fəaliyyət Göstəricilərinə nail olmağa çalışırıq.
Məqsədlərin dürüstlüyü və tam praktikliyi
Müştərilərimizlə işin nəticəsi üçün məsuliyyəti bölüşürük, buna görə də biz həmişə layihələrin perspektivləri və riskləri barədə açıq və dürüst danışırıq. Bunu etmək üçün biz real bank biznesinin praktikasında sınanmış Competo metodlarına uyğun olaraq müştəri şirkətinin bazar mühitini və daxili mühitini qiymətləndiririk.
Layihələrimiz
Competo şirkətinin və müştərilərimizin "fintex" və rəqəmsal layihələri.
Big Data (böyük məlumatlar), Aİ (süni intellekt), digital assistants (rəqəmsal köməkçilər) texnologiyaları əsasında fərdiləşdirilmiş kommunikasiyalar üçün rəqəmsal platforma.